…soğan başı deyil

one of many / such as everybody is не обсевок в поле
sizlər (sən və sizin kimilər, siz qadın-qızlar)
soğan (qabığı) kimi soymaq
OBASTAN VİKİ
Soğan
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin. Allium ampeloprasum L. Mavi soğan (Allium caeruleum Pall.) Adi soğan (Allium cepa L.) Uzunerkəkcikli soğan (Allium macrostemon Bunge) Sarımsaq (Allium sativum L.) Qaya soğanı (Allium saxatile Bieb.) Parlaq soğan (Allium splendens Willd. ex Schult. et Schult.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu — insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Adi soğan
Adi soğan (lat. Allium cepa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Həmçinin, soğan sözü bu bitkinin qida kimi istehlak olunan soğanağı üçün də istifadə olunur. Bitkinin qida olaraq istifadə olunan, yaşıl torpaqüstü hissəsi yaşıl soğan (təzə soğan) kimi tanınır. Soğanın soğanağının diametri 15 sm-ə qədər olur, lay-lay nazik təbəqələrdən ibarətdir. Üst qabığı quru olub, sarı, bəzən də ağ və ya bənövşəyi rəngdə olur. Soğanağın daxili ətli hissəsi ağ, yaşılaçalan, yaxud bənövşəyi rəngdə olur. Adi soğanın yarpaqları borucuqşəkilli olub, tünd yaşıl rəngdədir.
Mavi soğan
Mavi soğan (lat. Allium caeruleum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Nerinyarpaq soğan
Nəhəng soğan
Nəhəng soğan (lat. Allium giganteum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Parlaq soğan
Parlaq soğan (lat. Allium splendens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qara soğan
Qara soğan (lat. Allium nigrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Soğan (Allioideae)
Soğan (cins)
Soğan bozbaşı
Bozbaş və ya Bozartma — Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü "bozardılmış aş" sözlərinin birləşməsindən əmələ gəlmişdir. 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.
Soğan dolması
Soğan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. qoyun əti — 163 q, baş soğan — 178 q, düyü — 15 q, qoyun quyruğu — 20 q, ərinmiş yağ — 20 q, qatıq — 50 q, darçın — 0,1 q, istiot — 0,1 q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.
Soğan milçəyi
Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ. Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır. Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur.
Soğan tortu
Soğan tortu (alm. Zwiebelkuchen‎) — Maya və ya acıtmalı xəmir,soğan, bekon, krem və zirə toxumundan Almaniyada hazırlanan tort.
Uzunerkəkcikli soğan
Uzunerkəkcikli soğan (lat. Allium macrostemon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Yumrubaş soğan
Yumrubaş soğan (lat. Allium sphaerocephalon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Çəhrayı soğan
Çəhrayı soğan (lat. Allium roseum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Üzüməbənzər soğan
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Qəribə soğan
Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir. Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır.
Üçfutluq soğan
Üçfutluq soğan (lat. Allium tripedale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.
Soğan qübbəsi
Soğan qübbəsi — Soğan formasına bənzəyən günbəzdir. Bu qübbələrin diametri, ümumiyyətlə, üzərində qurulduqları günbəz barabanından daha böyükdür və uzunluqları çox vaxt enini üstələyir. Bu soğan formalı strukturlar hamar bir şəkildə bir nöqtəyə doğru daralır. Bu, Rusiya və Ukraynada eyni zamanda Almaniyanın kilsə günbəzləri üçün üstünlük təşkil edən formadır. O, müntəzəm olaraq Avstriya, Çexiya, Şimal-Şərqi İtaliya, Şərqi Avropa, Moğol İmperiyası, Yaxın Şərq və Mərkəzi Asiyada tikilmişdir. Soğan qübbələrinin niyə və nə vaxt rus memarlığının tipik xüsusiyyətinə çevrildiyi tam aydın deyil. Bizans kilsələri və Kiyev arxitekturası günbəz nağarasının üzərində ucaldılmış xüsusi damı olmayan daha böyük, daha düz günbəzləri ilə tanınırdı. Bu qədim formadan fərqli olaraq, sac və ya plitələrlə örtülmüş rus kilsəsinin hər bir günbəz nağarası xüsusi metal və ya taxta konstruksiya ilə örtülmüşdür. On doqquzuncu əsrin sonlarında I Pyotrun hakimiyyətinə qədərki əksər rus kilsələrində soğan formalı günbəzlər var idi. Ən böyük soğan qübbələri XVII əsrdə böyük ampülləri ilə məşhur olan Yaroslavl ətrafındakı bölgədə əkilmişdir.